07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Güclü zəlzələdə xeyli sayda ölənlər var
Tarix: 13-11-2017 08:48 | Bölmə: Xəbərlər
Güclü zəlzələdə xeyli sayda ölənlər var

Dünən gecə İran-İraq sərhəddində baş verən zəlzələ nəticəsində İranın Kermanşah, Qəsri Şirin və İlam şəhərlərində ölənlərin sayı 200 nəfəri keçib, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıblar.

İraq ərazisində isə 10 nəfərdən çox insanın öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.

Məlumata görə, zəlzələdən sonra minlərlə insan evində gecələməkdən qorxub, küçələrdə çadırlar qurulub.

Xatırladaq ki, dünən gecə İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ baş verib.

Həmin zəlzələnin gücü Lənkəranda da hiss edilib. Camaat təlaşa düşərək, evlərini tərk ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}