17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mərkəzdə yeni təyinatlar olub - Siyahı
Tarix: 14-11-2017 11:22 | Bölmə: Xəbərlər
Mərkəzdə yeni təyinatlar olub

Noyabrın 14-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mərkəzin gördüyü işlər, fəaliyyət istiqamətləri, geopolitik vəziyyətin araşdırılması və öyrənilməsi müzakirə olunub.

BMAM-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü , BMAM-ın sədri Rufiz Qonaqov iclasda, Mərkəzin gördüyü işlər, həyata keçirdiyi layihə və tədbirlər, qarşıda duran vəzifələr, çevik icra strukturunun yaradılması zərurəti və yeni təyinatlarla bağlı çıxış edib.

Rufiz Qonaqov bildirib ki , Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi 11 illik fəaliyyəti ilə ölkəmizdə bir çox uğurlara imza atıb, xeyli sayda vətəndaş cəmiyyəti və ölkəmiz üçün vacib layihələr həyata keçirib. BMAM rəhbəri Mərkəzin ölkəmizin içtimai həyatında fəal mövqeyə malik olduğunu, indiyədək ən vacib koalisiya və qurumlara rəhbərlik etdiyini bütün yerli və beynəlxalq konfrans, görüşlər və tədbirlərdə təmsil olunduğunu qeyd edib.

İclasda Mərkəzin yeni icra strukturu, tanınmış ekspertlərin təmsil olunacağı 9 nəfərdən ibarət ekspertlər qrupu təsdiq edilib. Yeni icra strukruna təyinatlar da həyata keçirilib.

BMAM rəhbərinin müvafiq sərəncamları ilə Ramin Səmədov, Eldar Orucov, Nazim Süleymanov, Novruz Dadaşov sədrin müxtəlif sahələr üzrə müşavirləri, Esmira Həmzəbəyova sədrin köməkçisi – baş məsləhətçi, Nurlanə İsmayılova baş məsləhətçi, Muxtar Vəliyev məsləhətçi, Cəbrail Fərzəliyev isə ekspert təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}