Tanınmış jurnalist vəfat edib
Tarix: 14-11-2017 13:50 | Bölmə: Xəbər lenti
Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist və pedaqoq, professor Altay Zahidov dünyasını dəyişib.

Bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri nekroloq imzalayıblar.

Altay Qulam oğlu Zahidov Azərbaycan jurnalistikasının inkişafına layiqli töhfələr verib.

1933-cü ildə Bakıda anadan olmuş Altay Zahidov uzun illər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində) müxbir və şərhçi kimi fəaliyyət göstərib.

Özünəməxsus yaradıcılıq dəst-xəttinə malik A.Zahidovun jurnalistika sahəsindəki pedaqoji fəaliyyəti də diqqət çəkib. O, Qərb Universitetinin jurnalistika fakultəsində özünün bilik və bacarığını gənc nəslə çatdırıb.

Mərhum jurnalist media cameəsində baş verən proseslərdə aktiv iştirakı, müxtəlif məsələlərlə bağlı qətiyyətli və prinsipial mövqeyi ilə həmkarlarının rəğbətini qazanmağı bacarıb. Bu cəhət onu cəmiyyətə bütöv şəxsiyyət, dəyərli ziyalı kimi tanıtdırıb.

Peşəkarlığı ilə yanaşı, səmimiliyi, qayğıkeşliyi ilə qəlblərdə özünə əbədi yer tapmış Altay Zahidovun yoxluğu ümumilikdə jurnalistikamız üçün ağır itkidir.

Azərbaycan Mətbuat Şurası bir daha mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Uca Tanrıdan səbr diləyir.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər