Klinikanın işçiləri 700 min manat mənimsəyib - İstintaq
Tarix: 14-11-2017 13:57 | Bölmə: Xəbərlər
Klinikanın işçiləri 700 min manat mənimsəyib

Xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi və digər işçiləri barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Artıq istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə prosesin ilkin hazırlıq iclası və hakimi təyin ediləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və daha 3 işçi təqsirləndirilir.

Belə ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon manat mənimsədiyini bildirib. İlkin araşdırma zamanı vergidən yayınma halı da aşkarlanıb. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

L.Şıxlinskaya həmin işlə bağlı hər hansı günahı olmadığını bildirib. O deyib ki, sadəcə, təsisçidir və heç bir sənəddə imzası yoxdur. Əlavə edib ki, işçiləri 700 min manatdan çox pulu ələ keçiriblər və istintaq zamanı bu hal sübut olunub.

Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}