Şəhid və milli qəhrəmanlarla bağlı tədbir keçirilib - Fotolar
Tarix: 14-11-2017 15:09 | Bölmə: Xəbərlər
Şəhid və milli qəhrəmanlarla bağlı tədbir keçirilib

Səbail rayonundakı 51 saylı orta məktəbdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam Dünya” İctimai Birliyi tərəfindən həyata keçrilən “Şəhidlərimizin, Milli qəhrəmanlarımızın igidliklərinin təbliğinə həsr olunan tədbirlərin keçrilməsi” layihəsi çərçivəsində gənclərimizlə gorüş keçrilib.

Tədbirdə ilk olaraq layihənin rəhbəri,”Sağlam Dünya” İctimai Birliyinin sədri İlqar Quliyev çıxış edib.

Daha sonra ”Sağlam Dünya” İctimai Birliyinin təlim üzrə koordinatoru Ramilə Quliyeva şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında görüş iştirakçılarına məlumat verib.

51 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Hüseynova isə, gənc nəslin milli mənlik şürunun, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olunması və Qarabağ savaşında, Azərbaycan-Ermənistan cəbhəsinin digər zonalarında ərazilərimizin müdafiəsi və erməni quldurlarından təmizlənməsində igidlik göstərmiş şəxslərin təbliğ olunmasını yüksək qiymətləndirib.

Tədbirdə qeyd olunub ki, gənclərlə bağlı dövlət proqramları yuxarıda sadalanan məsələlərin həlli istiqamətində Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək məqsədilə qəbul olunub.

Şəhid və milli qəhrəmanlarla bağlı tədbir keçirilib
Şəhid və milli qəhrəmanlarla bağlı tədbir keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}