Loqopedlər üçün seminar keçirilib - Fotolar
Tarix: 15-11-2017 11:52 | Bölmə: Xəbərlər
Loqopedlər üçün seminar keçirilib

14 Noyabr – Ümumdünya Loqopedlər Günü münasibəti ilə Kəkəmər Azərbaycan Mərkəzinin təşkilatçılğı ilə "Royal Hotel"də seminar keçirilib. Seminara Kəkəmər Azərbaycan Mərkəzinin rəhbəri Esmira Qafarovanın dəvəti ilə tanınmış türkiyəli kəkələmə uzmanı Ali Aktekin də qatılıb.

Təşkilatçı Esmira Qafarova tədbirdə çıxış edərək ölkəmizdə nitq problemli insanları yüksək səviyyədə müalicə etmələrindən və mərkəzin gələcək planlarından danışıb.

Daha sonra Türkiyənin tanınmış kəkələmə uzmanı Ali Aktekin çıxış edərək Azərbaycanda Kəkəmər Mərkəzinin fəaliyyət göstərməsini alqışlayaraq, mərkəzlə əməkdaşlıqdan məmnun olduğunu və gələcək planlardan danışıb.

Tədbirdə çıxış edən digər iştirakçılar isə ölkəmizdə loqoped sahəsinin inkşafı və elmi naliyyətlərindən söz açıblar.

Loqopedlər üçün seminar keçirilib
Loqopedlər üçün seminar keçirilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}