14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Üç vəzifəli şəxs işdən kənarlaşdırılıb
Tarix: 16-11-2017 09:43 | Bölmə: Xəbərlər
Üç vəzifəli şəxs işdən kənarlaşdırılıb

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

İşdən çıxarılanlardan biri nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqovdur.

Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifələrilə vidalaşıblar. Hələlik onların yerinə təyinat olmayıb. Hər üç şəxsin vəzifədən azad edilməsi P.Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir(apa).

Məlumatda bildirili ki, Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib. Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə tapşırılıb. Beynəlxalq şöbənin müdiri vəzifəsini isə Esmira Cəfərova icra edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}