Partiya sədri üzvlərdən siyasi fəallıq tələb edir
Tarix: 16-11-2017 16:15 | Bölmə: Xəbərlər
Partiya sədri üzvlərdən siyasi fəallıq tələb edir

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Reyting.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, partiyanın Gənclər Təşkilatı sədrinin hesabatı və 17 noyabr Milli Dirçəliş Gününə hazırlıq məsələsi müzakirə olunub.

ALDP sədri bildirib ki, 17 noyabr 1988-ci ildə meydana toplaşan yüz minlərlə insan həqiqi mənada qəhramanlıq nümayiş etdirib. Çünki həmin dövrdə, Sovet imperiyasının hələ də güclü olduğu bir vaxtda küçələrə çıxıb öz etirazını bildirmək hər bir xalqın hünəri deyildi.

F.Əliyev deyib ki, Sovet imperiyası meydana toplaşanlara qarşı qəddarlıq etsə də, xalqın Azadlıq uğrunda mübarizəsini sındıra bilməyib. “Təəssüflər olsun ki, illər keçdikcə xalqımız mübarizliyini itirdi. Qarabağ məsələsi həll olunmayıb, maaşların və təqaüdərin az olması, qiymətlərin gündən-günə qalxması, rüşvət və korrupsiya hallarının artdığı bir dönəmdə xalq etirazını bildirmir”.

Sonra Fuad Əliyev toplantı iştrakçılarına vətəndaşlarla aktiv ünsiyyət qurmağı tövsiyyə edib. “İkinci milli dirçəliş dalğası bizimlə gələcək – Azərbaycan Liberal Demokrat Partiyası ilə” – Fuad Əliyev qeyd edib.

Daha sonra ALDP Gənclər Təşkilatının (GT) sədri Murad Əliyevin hesabatı dinlənilib. Onun sözlərinə görə, bu ayda 11 nəfər ALDP GT-na üzvü olub.

Toplantıda bəzi təşkilatı məsələlərə baxılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}