16:11 / 11-12-2017
Yeni ilin ilk ayı – Dekabr
Prezident sərəncam imzalayıb
Tarix: 17-11-2017 18:58 | Bölmə: Xəbər lenti
Prezident sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev "Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, "Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər