Xarici işlər nazirləri mətbuat konfransı keçirib
Tarix: 20-11-2017 12:53 | Bölmə: Xəbərlər
Xarici işlər nazirləri mətbuat konfransı keçirib

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır".

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.

"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", - deyə nazir vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir.

S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub: “Bu və digər elementi çıxarmaq mümkün olmur. Əks tərəf düşünə bilir ki, tarazlıq pozulur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.

S.Lavrov jurnalistin ATƏT-in Minsk qrupu həmsədrlərinin sayının artırılma ehtimalı barədə sualına cavabında bunu ilk dəfədir eşitdiyini söyləyib:

“Münaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Üç həmsədr təcrid olunmuş şəkildə işləmir. Minsk qrupunda həll prosesi ilə maraqlanan tərəflər də mövcuddur. Minsk qrupu həmsədrlərinin sayının artırılması haqda ilk dəfədir sizdən eşidirəm. Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}