17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Penitensiar Xidmətdə ciddi nöqsanlar var
Tarix: 22-11-2017 10:08 | Bölmə: Xəbərlər
Penitensiar Xidmətdə ciddi nöqsanlar var

Ötən bir ildə icra işlərinin sayı 30 faiz artaraq 800 mini ötüb, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada icrası təmin edilib.

Bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə "Azərbaycan” qəzetində dərc edilən məqaləsində yazıb.

Nazir qeyd edib ki, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4 min nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydad həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb.

F.Məmmədov ötən ay müşayiət altından qaçan məhbuslarla bağlı məsələyə də toxunub. Qeyd edib ki, 2 təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərir:

"Nazirlik tərəfindən aidiyyatı qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib. Xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb edilib".




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}