16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tağı Əhmədov iqtidardan yeni vəzifə istəyir - İddia
Tarix: 24-11-2017 08:57 | Bölmə: Xəbərlər
Tağı Əhmədov iqtidardan yeni vəzifə istəyir

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov icra başçısı olmaq istəyir.

Məlumata görə, T.Əhmədov metropoliten rəisi postundan çıxarılandan sonra vəzifə almaq üçün çox çaba göstərib. Amma o, YAP-ın Yasamal təşkilatının sədri olmaqla kifayətlənib.

"Son vaxtlar isə onun Yasamalın icra başçısı olmaq üçün müxtəlif ünvanlara baş vurması haqda xəbərlər də gəlir”,- yazan “Yeni Müsavat” qəzeti qeyd edir ki, inandırıcı deyil ki, Əhmədov həmin postu tuta bilsin:
"Görünən odur ki, daha Tağı Əhmədova inanmırlar, onu heç yaxına belə buraxmaq istəmirlər. Bu günlərdə hakim partiyanın 25 illik yubileyi keçirildi, bir çoxları orden-medallarla təltif olundu. Hətta mükafatlandırılanlar sırasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da var. Tağı Əhmədov isə heç bir mükafata layiq görülmədi”.

İddia edilir ki, Tağı Əhmədov de-fakto YAP-ın "qara siyahı”sındadır: “YAP-ın rayon təşkilatında saxlanılması isə sadəcə, özünün nəzarət altında olması, müxalif mövqeyə keçməməsi ilə əlaqələndirilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}