07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Hicran Hüseynova: “265 qadın itkin düşüb”
Tarix: 24-11-2017 14:53 | Bölmə: Xəbərlər
Hicran Hüseynova: “265 qadın itkin düşüb”

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (AQUPDK) Hicran Hüseynova “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.

H.Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: “98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}