17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prokurorluq ASC-də araşdırma aparacaq
Tarix: 24-11-2017 17:45 | Bölmə: Xəbərlər
Prokurorluq ASC-də araşdırma aparacaq

“Aqrolizinq” ASC-nin regional nümayəndəliyinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazirliyin müvafiq əmrinə əsasən “Aqrolizinq” ASC-nin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditi aparılıb. Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.
Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.(APA)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}