17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıdan Moskvaya nümayəndə heyəti gedir
Tarix: 29-11-2017 10:14 | Bölmə: Xəbərlər
Bakıdan Moskvaya nümayəndə heyəti gedir

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Guliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq.

Reyting.az-ın məlumatına görə, səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək.

Nümayəndə heyətinə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini və Şura üzvü Nərgiz Xələf, Azərbaycan-Rus Gənclər Assosiasiyasının sədri Roman Boriskin, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Katibliyin Beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin məsləhətçisi Camal Əhmədov daxildir.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}