Çingiz Qənizadə məmurlara etiraz edir
Tarix: 30-11-2017 10:56 | Bölmə: Xəbərlər
Çingiz Qənizadə məmurlara etiraz edir

"Jurnalisti yazısına görə təhdid etmək, ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmək yolverilməzdir”.

Reyting.az musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə bu fikirləri jurnalist Seymur Verdizadənin Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini tərəfindən təhqir olunmasına reaksiya verərkən bildirib.

Hazırda Ukrayna paytaxtında tədbirdə olan deputat belə hərəkətləri qınayıb: "Biz hüquqi dövlətdə yaşayırıq və qanunlarımız belə hərəkətləri qadağan edir. Mən Seymur Verdizadənin məlum yazısını oxumuşam və o yazıda qanunazidd heç bir sözə rast gəlməmişəm. Heç tənqid də belə yox idi. Öz fikirlərini şərh etmişdi. Hətta tənqid olmuş olsa belə, məmur dözümlü olmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}