14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Diplomatlarla bağlı qərar verilib - Güzəştlər olacaq
Tarix: 01-12-2017 12:11 | Bölmə: Xəbərlər
Diplomatlarla bağlı qərar verilib

Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir.

Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin rəsmi məşğulluğundan olan gəlir” də əlavə edilir.

Layihə səsə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}