Qalmaqallı məktəbə yeni direktor təyin olunub
Tarix: 01-12-2017 19:00 | Bölmə: Xəbərlər
Qalmaqallı məktəbə yeni direktor təyin olunub

Məktəb-Lisey Kompleksinə yeni direktor təyin olunub. Reyting.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Məktəb-Lisey Kompleksinin sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, noyabrın 15-dən ləğv edilib.

Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu 27 noyabr 2017-ci il tarixindən Məktəb-Lisey Kompleksinə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri Q.Hüseynovun işdən çıxarılmasını əsas gətirərək etiraz aksiyası keçirmişdilər. Lakin BŞTİ-dən direktorun xəstə olduğu üçün işə çıxmadığı bildirilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}