Salyanlı biznesmenin oğlu itkin düşüb - Rusiyada
Tarix: 05-12-2017 17:22 | Bölmə: Xəbərlər
Salyanlı biznesmenin oğlu itkin düşüb

Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Arxanqelskiy rayonu, Uzunlarovskiy qəsəbəsində azərbaycanlı gənc itkin düşüb.

Yaxınlarının "Report"a verdiyi məlumata görə, əslən Azərbaycanın Salyan rayonundan olan, 1990-cı il təvəlüdlü Həsənov Sergey Həsən oğlu iki gündür evlərindən çıxıb və onunla əlaqə kəsilib.

Sergey Həsənovla bağlı axtarış elan edilib.

Qeyd edək ki, S.Həsənovun atası Həsən Həsənov uzun illərdir Başıqrdıstanda yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğuldur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}