Fazil Məmmədov vəzifədən azad olunmasından danışıb
Tarix: 06-12-2017 15:59 | Bölmə: Xəbərlər
Fazil Məmmədov vəzifədən azad olunmasından danışıb

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı müzakirələr aparılıb.

"Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədovdan açıqlama alıb. Sabiq nazir Prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib.

"Cənab Prezident sərəncam verərək məni işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur.

Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür edirəm.”

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}