Məktəb direktorlarına "Mavi balina" xəbərdarlığı olub - Toplantı
Tarix: 09-12-2017 15:30 | Bölmə: Xəbər lenti
Məktəb direktorlarına "Mavi balina" xəbərdarlığı olub

Təhsil Nazirliyi məktəb direktorlarına uşaqlar arasında intihara səbəb olan “Mavi balina” oyunu ilə bağlı xəbərdarlıq edib.

Paytaxt məktəblərinin birinin direktoru tərəfindən verilən məlumata görə, bununla bağlı nazirlikdə toplantı keçirilib.

Tədbirə çağırılan məktəb direktorlarına həmin təhlükəli oyunla bağlı tapşırıqlar verilib. Onların nəzərinə çatdırılıb ki, son vaxtlar şagirdləri intihara təhrik edən “Mavi balina” oyunu barədə dərslərdə maarifləndirici mühazirə keçirilsin.

Nazirlikdən deyilib ki, dərs saatında şagirdlərlə söhbətlər aparılsın, bu oyunun qorxulu və zərərli olduğu uşaqlara çatdırılsın. Bu işlər müəllimlərə və sinif rəhbərlərinə həvalə olunub.

Mütəxəssislər və psixoloqlar bu növ oyunların virtual aləmdə sürətlə yayıldığını və azyaşlılara ciddi təsir göstərdiyini bildirib.

Onlar bu cür ciddi halların qarşısını almaq üçün xüsusilə azyaşlıların intenetdən istifadəsinə nəzarət etmək və real həyata bağlı şəkildə tərbiyə etmək lazım olduğunu tövsiyə ediblər.(eurasiadiary.com)




Bölməyə aid digər xəbərlər