14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
ALDP yubiley tədbirinə hazırlaşır
Tarix: 11-12-2017 13:05 | Bölmə: Xəbərlər
ALDP yubiley tədbirinə hazırlaşır

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Sədr Aparatının iclasını keçirib.

Partiyadan Reyting.az verilən məlumata görə, iclasda Milli Azadlıq Qərargahının (MAQ) 60 illiyinin qeyd olunması və ictimai-siyasi vəziyyət müzakirə olunub.

ALDP sədri Fuad Əliyev MAQ-ın yaranması barədə qısa arayış verdikdən sonra həmin təşkilatın 60 illiyinin keçirilməsinin vacibliyini bildirib.

“Sovet imperiyasına qarşı yaranan bu təşkilat gizli şəkildə fəaliyyət göstərib. MAQ üzvləri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Hesab edirəm ki, bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçubaşovun və digərlərin Şərqdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar”,-deyə F. Əliyev qeyd edib.

Toplantıda MAQ-ın 60 illiyinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}