Şirkət saytlardan 1,5 milyon manat tələb edir - Məhkəmə
Tarix: 13-12-2017 14:29 | Bölmə: Xəbərlər
Şirkət saytlardan 1,5 milyon manat tələb edir

Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın sayt "AAAF İnşaat"ın sahibi Tofiq Heydərov tərəfindən məhkəməyə verilib.

Mia.az xəbər verir ki, məhkəməyə verilən saytlar arasında Qafqazinfo, Ölkə.az, Modern.az, Mia.az, Virtualaz.org, Azinforum.az, Yenicağ.az və digər nüfuzlu saytların adları var.

Bu saytların çoxu Ölkə.az saytının şirkət haqqında yazdığı məlumatı yayıblar. Eyni zamanda, şirkətin rəsmi mövqeyinə yer ayırsalar da, sentyabr ayında yazılan yazıya görə, tikinti şirkətinin sahibi məhkəməyə müraciət edərək, hər saytdan 50 min manat təzminat istəyir.

İşə Yasamal Rayon Məhkəməsində hakim Aytən Mirzəzadənin sədriyi ilə baxılacaq.

Hazırlıq iclası dekabrın 18-də keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}