16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Müsavat Partiyasındakı istefa mənimlə bağlı deyil” - Tofiq Yaqublu
Tarix: 14-12-2017 13:44 | Bölmə: Xəbərlər
“Müsavat Partiyasındakı istefa mənimlə bağlı deyil”

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu digər müavin Elman Fəttahın vəzifəsindən istefa verməsinə münasibət bildirib.

Reyting.az-ın xəbərinə görə, T. Yaqublu APA-ya açıqlamasında E. Fəttahın haqlı olduğunu bildirib: "Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".

T. Yaqublu partiyadakı fikir ayrılığının nədən ibarət olduğunu şərh etmək istəməyib.

Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarəçiliyində yaranan fikir ayrılığı ilə əsaslandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}