Leyla Şıxlinskaya 8 milyon manatı vergidən yayındırıb
Tarix: 09-01-2018 11:13 | Bölmə: Xəbərlər
Leyla Şıxlinskaya 8 milyon manatı vergidən yayındırıb

Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb.

"Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manatı vergidən yayındırdığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

Xatırladaq ki, həmin klinika ilə daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Belə ki, "Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi də ayrıca icraatdadır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.(lent.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}