14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Məşhur iş adamı dələduzluqda ittiham edilir
Tarix: 09-01-2018 11:42 | Bölmə: Xəbərlər
 Məşhur iş adamı dələduzluqda ittiham edilir

Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

Reyting.az saytı Report-a istinadla xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcabədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

“Atena” MMC-dən isə bildiriblər ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: “O, “Ketchi” süd məhsulları şirkətinin sahibidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}