17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Polislər 37 şübhəli şəxsi saxlayıb
Tarix: 11-01-2018 09:11 | Bölmə: Xəbərlər
Polislər 37 şübhəli şəxsi saxlayıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası bəlli olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın10-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}