Milli Məclisin üzvü komaya düşüb
Tarix: 13-01-2018 14:15 | Bölmə: Xəbərlər
Milli Məclisin üzvü komaya düşüb

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb. Məlumata görə, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindədir.

Reyting.az saytı modern.az-a istinadla xəbər verir ki, N.Əlyev ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb.

Qeyd edək ki, N.Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}