Həbsdəki jurnalistə yenidən cinayət işi açılıb
Tarix: 16-01-2018 12:48 | Bölmə: Xəbərlər
Həbsdəki jurnalistə yenidən cinayət işi açılıb

Həbsdə olan azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb.

“Turan” xatırladır ki, Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub.

O, 2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.

İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.

147.2-ci (ağır cinayət törətmək barədə böhtan) maddə ilə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yaxınları hesab edirlər ki, jurnalist rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}