Bu gün Bakının bir hissəsinə su və qaz verilməyəcək
Tarix: 17-01-2018 09:08 | Bölmə: Xəbərlər
Bu gün Bakının bir hissəsinə su və qaz verilməyəcək

Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər olan ərazinin su təchizatında məhdudiyyət olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Bakı Metropoliteni”nin bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, bu gün tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatına məhdudiyyətlər qoyulacaq.

Bu gün Bakı şəhəri Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının eləcə də qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar, yanvarın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}