Kommunist partiyası rəhbərinin məhkəməsi olub
Tarix: 17-01-2018 12:18 | Bölmə: Xəbərlər
Kommunist partiyası rəhbərinin məhkəməsi olub

Bakı Ağır Cinayətlər Məhkəməsində qeydiyyatsız fəaliyyət göstərən Vahid Azərbaycan Kommunist Partiyasının rəhbəri Musa Tukanovun məhkəməsi keçirilib.

Hakim Samir Əliyevin icraatında olan prosesdə M.Tukanov dövlət ittihamçısının elan etdiyi ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

M.Tukanov rüşvət almaq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. O, həm də Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini olub və hazırda həbsdədir.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}