Partiya 20 Yanvar faciəsi ilə bağlı qərar verib
Tarix: 17-01-2018 12:49 | Bölmə: Xəbərlər
Partiya 20 Yanvar faciəsi ilə bağlı qərar verib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Partiyadan Reyting.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, 20 Yanvar faciəsinin növbəti ildönümünün yad edilməsi və təşkilati məsələlər müzakirə olunub.

Toplantıda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad ediləndən sonra çıxış edən Fuad Əliyev faciələrimizin dünya dövlətlərinin ali qanunverici organları tərəfindən tanıdılmasının mürəkkəb olduğunu desə də, təbliğat aparmaqla ən azından həmin cəmiyyətlərin şüurunda dəyişikliyə nail olunmasının mümkünlüyünü bildirib. “Bu da bir həqiqətdir ki, faciələrimiz dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqla xalqımıza qarşı keçmiş SSRİ rəhbərliyinin, işğalçı Ermənistanın irtıcaçı mövqeyi ifşa olunur. Mənə elə gəlir ki, bu istiqamətdə bütün gücümüz səfərbər olunmalıdır. Avropa ilə əməkdaşlıq edən yerli QHT-lər, diaspor təşkilatlarımz, imkanlı azərbaycanlılar Azərbaycan xalqının başına gətirilən faciələrimizin dünyada tanıdılmasına yaxından köməklik göstərməlidirlər”,- ALDP sədri qeyd edib.

ALDP Azərbaycan Demokrat Partiyasının 20 Yanvar hüzn günü “Şəhidlər günü” ilə əvəzlənməsi təklifini dəstəkləyərək bildirib ki, həmin gün 20 Yanvar şəhidləri timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz anılsın, təhsil müəssisələrində şəhidlər və şəhidliklə bağlı geniş maarifləndirmə işləri aparılsın. Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin, şəhidliklə bağlı məsələlərin təbliğat işləri gücləndirilsin.

Daha sonra Sədr Aparatı, 20 Yanvar Şəhidlərinin Anım Günün qeyd edilməsi ilə bağlı, 20 Yanvar 2018-ci il saat 12:00-da Şəhidlər Xiyabanını ziyarət etmək haqqında qərar qəbul edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}