Yazıçı-jurnalist Nahid Hacızadə vəfat edib
Tarix: 18-01-2018 12:33 | Bölmə: Xəbərlər
Yazıçı-jurnalist Nahid Hacızadə vəfat edib

Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.

Bu barədə Nahid Hacızadə qohumu, yazıçı-dramaturq Firuz Mustafa məlumat verib. O, bildirib ki, N. Hacızadə uzun sürən xəstəlikdən sonra yanvarın 18-də vəfat edib.

Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.

Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru idi. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.

N. Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}