Fazil Məmmədovun təyyarəsi banka girov qoyulub
Tarix: 18-01-2018 13:55 | Bölmə: Xəbərlər
Fazil Məmmədovun təyyarəsi banka girov qoyulub

Təqribən ay yarım əvvəl işdən azad olunan vergilər naziri Fazil Məmmədovun əmlakları, biznes sahələri barədə mütəmadı olaraq ölkə mediasında müxtəlif xəbərlər yer alır. Sabiq nazirin ölkə rəhbəri yanında etimadını itirməsinin səbəbi kimi özünün və yaxın ətrafının külli miqdarda dövlət vəsaitini mənimsəmələri göstərilir.

Fazil Məmmədovun büdcədən oğurladığı milyardlar hesabına müxtəlif şirkətlər, yüzlərlə mənzil, villalar, lüks avtomobillər, hətta təyyarə alması barədə ölkə mətbuatında müxtəlif yazılar dərc edilır. Sabiq nazirlə bağlı AzFakt.com-a daxil olan ilginc məlumatda bildirilir ki, Fazil Məmmədov bir neçə il əvvəl özünə "Qolfstrim” təyyarəsi də alıb.

Sabiq nazirin ailəsinə yaxın olan şəxslərdən biri saytın əməkdaşına deyib ki, F. Məmmədovun "Qolfstrim” təyyarəsi hazırda ölkədə fəaliyyət göstərən banklardan birində kredit qarşılığında girovdur.

Məlumata görə, F. Məmmədov vergilər naziri işlədiyi dövrdə şəxsi təyyarəsini külli miqdarda kredit qarşılığında girov qoyub. Hazırda isə həmin kreditin qaytarılmasında problemlər yaranıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}