07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Politoloq alimin ölümündə ittiham olunur - Yenilənib
Tarix: 22-01-2018 09:48 | Bölmə: Xəbərlər
Politoloq alimin ölümündə ittiham olunur

"Yadıma düşür ki, mən Naxçıvan Dövlət Pedaqoji Universitetində müəllim işləyəndə Xudu Məmmədov Naxçıvana gəlmişdi. Onunla görüşümüzü də xatırlayıram. O, ornamentlərin fəlsəfəsi haqqında danışırdı. Mən çox böyük təəccüblə ona qulaq asırdım və çox şeyi də anlaya bilmirdim. O danışıq məndə böyük heyrət doğurmuşdu”.

Reyting.az-ın məlumatına görə, bunu kulis.az-ın "İşdən kənar” layihəsinə müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

F. Ağamalı bildirib ki, X. Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: "Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən, çox nəhəng alim idi. Orda onu əsəbiləşdirdilər.

Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Politoloq alimin ölümündə ittiham olunur

“Qaynarinfo” millət vəkilinin iddiasına Zərdüşt Əlizadənin münasibətini öyrənib. O, F.Ağamalının fikirlərinə ironiya ilə cavab verib:

"Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdim etdi ki, mən “KQB” agentiyəm”.

Politoloq alimin ölümündə ittiham olunur

Qeyd edək ki, Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından olan Xudu Məmmədov Britaniya Kral Akademiyasının fəxri üzvü idi. 1967-ci ildə "Şərəf nişanı", 1986-cı ildə "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub. 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. 1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}