17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Baş prokurorun keçmiş müavini vəfat edib
Tarix: 22-01-2018 10:04 | Bölmə: Xəbərlər
Baş prokurorun keçmiş müavini vəfat edib

1993-1995-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini- hərbi prokuroru olmuş general-mayor Nizami Təhməzov dünyasını dəyişib.

Reyting.az xəbər verir ki, bu barədə Unikal.org-a mərhumun qardaşı Ramiz Təhməzov məlumat verib.

O bildirib ki, qardaşı Nizami Təhməzov ürək çatışmamazlığından, 70 yaşında dünyasını dəyişib və Sumqayıt qəbristanlığında dəfn edilib.

Mərhumun 3 mərasimi sabah saat 10:00-dan “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı "Zəm-zəm” mərasim evində keçiriləcək.

Xatırladaq ki, Nizami İsa oğlu Təhməzov 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1982-ci ildə Bakı şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1992-ci ildən Respublika hərbi prokurorunun 1-ci müavini vəzifələrində çalşıb. N. Təhməzov 1993-1995-ci illərdə Respublika hərbi prokuroru olub. 1994-cü il noyabr ayının 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona Ədliyyə general-mayoru rütbəsi verilib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}