Azyaşlı qızı zorlayan şəxs tutulub
Tarix: 22-01-2018 11:21 | Bölmə: Xəbərlər
Azyaşlı qızı zorlayan şəxs tutulub

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda azyaşlı qızı dəfələrlə zorlayan şəxs haqqında açıqlama yayıb.

Reyting.az-ın məlumatına görə, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilib. Fakta görə, yanvarın 19-da Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}