16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İcra başçısının müavini Sumqayıtda narazılıq yaradıb - Etiraz
Tarix: 22-01-2018 12:45 | Bölmə: Xəbərlər
İcra başçısının müavini Sumqayıtda narazılıq yaradıb

Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyev şəhərdə narazılıq yaradıb.

Sumqayıt şəhər sakini olan bir neçə sürücü birlik.az saytına bildirib ki, qanuni şəkildə sərnişindaşıma ilə məşğul olsalar da, şəxsi avtomobiləri əllərindən alınıb.

Şikayətçilərin sözlərinə görə, bunla bağlı hansı orqana müraciət edirlərsə, “Gedin, Sahib Quliyevdən icazə alın”, - cavabı ilə qarşılaşırlar.

Şikayətçilərdən biri, Sumqayıt-Lənkəran marşurut xətti üzrə “50 BC 326” nömrəli “Ford” avtomobili ilə sərnişin daşıyan Maarif Səlimov (şikayətçinin əlaqə tel-0772200691) bildirib ki, 10 gündən çoxdur maşınını əlindən alıblar. Səbəb Bakı-Sumqayıt xətti üzrə işləyən uyğunsuz “Ford”lardır. Məmurlar belə avtomobillərə qarşı reyd apararkən M. Səlimov da əsassız olaraq hədəfə tuş gəlib: “Halbuki mənim həm Sumqayıt avtovağzalı ilə müqaviləm var, həm də işləmək üçün fərqlənmə nişanı almışam. Fevral ayının 8-nə kimi fərqlənmə nişanımın vaxtı var. Bunun üçün pul ödəmişəm”.

M. Səlimov qeyd edib ki, onun vergi və DSMF ödənişləri də qaydasındadır:

“Qazancımla himayəmdə olan ailəmi saxlayır, eyni zamanda vergi ödəyicisiyəm. Məmurlardan şəxsi avtomobilimi geri istəsəm də, deyirlər ki, gözlə! Əgər bizim işimiz qeyri-qanunidirsə, onda bizə işləmək üçün fərqlənmə nişanı verirlər?! Niyə bizi vergi və DSMF-də sənədləşdirirlər?!

Onu da deyim ki, idarə etdiyim avtomobildə sərnişin üçün nəzərdə tutulan oturacaqlar da icazəyə uyğundur: 16+1”.

Digər şikayətçilər isə aşağıdakılardır:

Malik Ağayev - “10 MŞ 318” (m.t: 050-646- 04-34)

İmamverdi Rəcəbov - “90 DE 136” (050-610-14-62)

İlyas Hacıyev – “50 CK 264” (050 – 300-96-64).

Məsələ ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, hazırda komissiya işləyir. Nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Sumqayıt-Bakı istiqamətində işləyən “Ford”lar müxtəlif vaxtlarda ağır qəzalar törədiblər. Araşdırmalar göstərib ki, ağır qəzaların baş vermə səbəbi sürücülərin qeyri-qanuni fəaliyyəti, avtomobillərin texniki nasazılığı və daşıma qaydalarına əməl olunmamasıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}