Cəfər Cabbarlının qızı vəfat edib
Tarix: 13-02-2018 09:01 | Bölmə: Xəbərlər
Cəfər Cabbarlının qızı vəfat edib

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}