AzTV sədrinin qalmaqallı məhkəməsi başlayır
Tarix: 13-02-2018 12:53 | Bölmə: Xəbərlər
AzTV sədrinin qalmaqallı məhkəməsi başlayır

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın məlumatına görə, həmin şəxslərin cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda cinayət işi üzrə məhkəmə iclası başlayacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}