Müsavat başqanının müavini vəzifəsindən çıxarılıb
Tarix: 14-02-2018 20:45 | Bölmə: Xəbərlər
Müsavat başqanının müavini vəzifəsindən çıxarılıb

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Bununla bağlı partiya başqanı Arif Hacılı qərar imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib.

Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

Reyting.az xəbər verir ki, T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəməyib.

Amma o, APA-ya açıqlamasında deyib ki, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır:

"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.

T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}