Usubov iki polis rəisi ilə bağlı əmr imzalayıb - Dəyişiklik
Tarix: 17-02-2018 07:26 | Bölmə: Xəbərlər
Usubov iki polis rəisi ilə bağlı əmr imzalayıb

Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}