Dairə seçki komissiyalarında dəyişiklik olub - MSK
Tarix: 17-02-2018 23:23 | Bölmə: Xəbərlər
Dairə seçki komissiyalarında dəyişiklik olub

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar verib.

Dəyişiklik qərarında qeyd edilir ki, MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

Fəxrəddin Hümbət oğlu Namazov 30 saylı Suraxanı birinci, İlham Xudaş oğlu Abdulov 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}