Qarabağ münaqişəsi müzakirə olunacaq - Aİ-dən gəlirlər
Tarix: 18-02-2018 15:19 | Bölmə: Siyasət
Qarabağ münaqişəsi müzakirə olunacaq

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayının 19-da Bakıya gələcək.

Avropa İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, İki günlük səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək. Danışıqlar Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və əməkdaşlıq mövzularını əhatə edəcək.

Qeyd edək ki, bu T.Klaarın Bakıya ikinci səfəridir. O ilk səfərini ötən ilin dekabr ayında etmişdi.

T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}