17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müxalifət partiyasında qalmaqal yaranıb
Tarix: 18-02-2018 18:31 | Bölmə: Siyasət
Müxalifət partiyasında qalmaqal yaranıb

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin 17 fevral toplantısında Oqtay Gülalıyevin məclisdəki fəaliyyətinə xitam verilib.

Oqtay Gülalıyevin özü iclasa qatıla bilməyib.

Məlumata görə, O. Gülalıyevin Məclis üzvlüyündən çıxarılma təklifini sədr Mirmahmud Mirəlioğlu verib. Onun fikrincə, O.Gülalıyev destruktiv fəaliyyətlə məşğuldur.

M. Mirəlioğlu O. Gülalıyevin Məclis üzvlüyündən çıxarılmadığını, məclisdəki fəaliyyət səlahiyyətlərinə xitam verildiyini bildirib:

"Nizamnaməni pozduğuna görə fəaliyyət səlahiyyətlərinə xitam verilib. Sadəcə, iclasda iştirak etmədiyinə görə biz onun səlahiyyətlərinə xitam verdik, çıxarıla da bilərdi. Bundan sonra, o, bu cür fəaliyyətlə Məclisə bərpa oluna bilməz, təşkilatdaxili məsələdir, qeyri-adi bir şey yoxdur”.

O. Gülalıyev isə qərardan təəssüfləndiyini və partiyanın müvafiq strukturlarına şikayət edəcəyini bildirib:

"Əslində, təklifi sədr özü verib və bu, nizamnamə pozuntusudur. Ən əsası, üzürlü səbəbdən iştirakım olmadan mənim məsələm qoyulub və qərar qəbul edilib. Mən KXCP-də vəzifə üçün olmamışam, vaxtilə sədrin müavini və İdarə Heyətinin üzvü idim, məqsədim də partiyanın güclənməsidir.

Qərar mənim siyasi və ictimai fəaliyyətimlə əlaqədardır. Çox qəribədir ki, deputat Çingiz Qənizadə də haqqımda ölçü götürüməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib”.(Meydan.tv)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}