Restoranda musiqiçilər arasında dava olub – Xəsarət alan var
Tarix: 20-02-2018 00:06 | Bölmə: Xəbərlər
Restoranda musiqiçilər arasında dava olub

Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.

1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}