12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Bank əməkdaşı məhkəmə zalında həbs edilib
Tarix: 21-02-2018 10:43 | Bölmə: Xəbər lenti
Bank əməkdaşı məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, Ramin Səməndərov və Kifayət Səmədovanın məhkəmə prosesi başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Ə. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Digər təqsirləndirilən şəxslər barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Qeyd edək ki, Ə. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməmişdi.




Bölməyə aid digər xəbərlər