16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev İranın müdafiə nazirini qəbul edib - Foto
Tarix: 21-02-2018 11:13 | Bölmə: Xəbərlər
İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 21-də İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Reyting.az-ın xəbərinə görə, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib.

Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı İran İslam Respublikasına son səfərini məmnunluqla xatırlayaraq, həm Ali rəhbərlə, həm də prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd edib.

Dövlət başçısı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi isə qeyd edib ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev İranın müdafiə nazirini qəbul edib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}