Ana və iki uşağını yük maşını maşın vurub - Bakıda
Tarix: 07-03-2018 10:14 | Bölmə: Xəbərlər
Ana və iki uşağını yük maşını maşın vurub

Bakıda ana və iki uşağını maşın vurub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Xətai rayonu, “Nargilə” kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.

A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}