23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Müxalifət partiyası YAP-çı deputatı dəstəkləyir
Tarix: 08-03-2018 22:24 | Bölmə: Xəbərlər
Müxalifət partiyası YAP-çı deputatı dəstəkləyir

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Azadlıq Hərəkatı iştirakçılarına, ayrı-ayrı partiya sədrləri və hüquq müdafiəçilərinə müraciət edib.

S. Novruzovun müraciəti hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü və yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyır.

Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev YAP-çı deputatın müraciətinə münasibət bildirib.

T.Əliyev Reyting.az-a deyib ki, S. Novruzovun müraciətini oxuyub və onu dəstəkləyir:

“Mən Siyavuş bəyin ölkəmizdə baş verən ictimai-siyasi proseslərə, mövcud problemlərə və onların həlli yollarına dair mövqeyinin bir çox məqamları ilə razılaşmıram və onları mövcud reallıqlara adekvat hesab etmirəm. Ancaq Siyavuş bəyin qeyd edilən müraciətini tam dəstəkləyirəm. Hesab edirəm ki, siyasi mübarizədə təhqirlərə, insan şəxsiyyətinin, xüsusilə də siyasətçinin mövqeyinə görə onun ailə üzvlərinin aşağılanmasına yol vermək olmaz. Bu acizlik, fərasətsizlik, zəiflik əlamətidir və qətiyyətlə pislənməlidir!”

Partiya sədri “Siyasət meydanı mübarizə, yarış meydanıdır. Mən də Siyavuş bəyin müraciətinə qoşulub deyirəm: bu meydanı çirkləndirməyin, cənablar!”,- deyib.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}